Operativ Məlumat Mərkəzi

İsrail və HƏMAS arasında atəşkəs danışıqları rədd edilib

2 dəq
Paylaş:
İsrail və HƏMAS arasında atəşkəs danışıqları rədd edilib
buna səbəb, HƏMAS lideri İsmayıl Haniyənin bölgədə daimi atəşkəs tələb etməsi olub. Haniyə, bu baş verməyəcəyi halda heç bir girovun sərbəst...

Misirin paytaxtı Qahirədə Qəzza zolağında müvəqqəti atəşkəsin əldə olunması və daha çox girovun sərbəst buraxılması ilə bağlı aparılan danışıqlar nəticə verməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb, HƏMAS lideri İsmayıl Haniyənin bölgədə daimi atəşkəs tələb etməsi olub.

Haniyə, bu baş verməyəcəyi halda heç bir girovun sərbəst buraxılmayacağını deyib.

İsrail tərəfi isə HƏMAS məhv edilənə qədər müharibənin davam edəcəyini diqqətə çatdırıb.

Bütün bunlara baxmayaraq, ABŞ hökuməti Qəzzada atəşkəslə bağlı ciddi danışıqların hələ də davam etdiyini iddia edib. Rəsmi Qahirə HƏMAS liderilə danışıqların bərpa olunacağını bildirib.

Atəşkəsin müzakirə olunduğu vaxtda Qəzzada hərbi əməliyyatlar davam edir. İsrail ordusu ötən gün daha 3 hərbçisini itirdiyini açıqlayıb. Müdafiə qüvvələrindən verilən məlumata görə, əməliyyatlar zamanı HƏMAS-a məxsus növbəti tunel şəbəkəsi aşkar edilib. Terrorçuların fövqəladə vəziyyətlərdə həmin tunellərdən istifadə etdiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər