Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail-Türkiyə münasibətləri gərginləşir

2 dəq
Paylaş:
İsrail-Türkiyə münasibətləri gərginləşir

İsrail Türkiyəni NATO-dan çıxarmaq üçün hərəkətə keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin naziri İsrael Katz prezidenti Tayyib Ərdoğanın təhlükəli bəyanatlar verdiyini deyərək Türkiyənin NATO-dan çıxarılmasını istəyib.

İsrailin XİN rəhbəri İsrael Katz diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb.

Katz diplomatlardan tələb edib ki, Türkiyənin NATO üzvü olan ölkələr tərəfindən pislənməsinə və onun ittifaqdan çıxarılmasına nail olsunlar.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada İsraili hədələyib.

İsrailə qoşun yeridə biləcəkləri ilə bağlı xəbərdarlıq edib

Bu açıqlamanın ardından Türkiyə ilə İsrail arasındakı vəziyyət daha da gərginləşib. İki tərəfin rəsmiləri bir-birləri barəsində sərt sözlər səsləndiriblər. Bütün bunların fonunda isə iki ölkə arasındakı gərginliyin toqquşmaya çevrilə biləcəyi iddia olunmağa başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax