İsrailin işğal altındakı İordan çayının qərb sahilində Tulkarim şəhərində təcili yardım maşınına atəş açması nəticəsində 2 əməkdaş yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat verib.
Məlumatda həmçinin, İsrail ordusunun bu səhər Tulkərim Qaçqınlar Düşərgəsindəki bir nöqtəni pilotsuz uçuş aparatları ilə bombalaması nəticəsində 4 fələstinli həyatını itirdiyi qeyd olunub.