İsrailin yüksək rütbəli siyasi rəsmisi ABŞ prezidenti Co Bayden administrasiyasının İsrailin baş naziri Binyamin Netanyahu hökumətini devirməyə çalışdığını iddia edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, adı açıqlanmayan İsrail rəsmisi dünən axşam “ABŞ Kəşfiyyat Birliyinin İllik Təhlükə Qiymətləndirmə Hesabatı” ilə bağlı açıqlama verib və Netanyahu administrasiyasının daha mötədil bir hökumətlə əvəz oluna biləcəyi xəbərdarlığını edib.
Xəbərə reaksiya verən rəsmi, “Biz dostlarımızın İsraildə seçilmiş hökuməti deyil, HƏMAS terror rejimini devirmək üçün hərəkətə keçməsini gözləyirik”, - deyib.