Operativ Məlumat Mərkəzi

İsrail Quterreşi persona non qrata hesab etməyə davam edəcək

1 dəq
Paylaş:
İsrail Quterreşi persona non qrata hesab etməyə davam edəcək
bu barədə İsrailin xarici işlər naziri İsrael Kats X sosial şəbəkəsində məlumat verib. “BMT-nin baş katibi Antonio Quterreş 7 oktyabr qətliamından sonra...

İsrail Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın öldürülməsini müsbət qarşılamadığı üçün BMT-nin Baş katibi Antonio Quterreşi persona non qrata”hesab etməyə və ölkəyə girişini qadağan etməyə davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats X sosial şəbəkəsində məlumat verib.

“BMT-nin baş katibi Antonio Quterreş 7 oktyabr qətliamından sonra HƏMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi üçün əzəli terrorçu Yəhya Sinvarın ölkədən çıxarılmasını müsbət qarşılamadı.

Quterreş ekstremist anti-İsrail və anti-yəhudi gündəminə rəhbərlik edir. Biz onu persona non qrata adlandırmağa və İsrailə girişini qadağan etməyə davam edəcəyik”, - Katz yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər