İsrailin Qəzza və İordan çayının qərb sahilində aylardır həyata keçirdiyi hücumlarda ölən və yaralanan tələbələrlə bağlı məlumat verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.
Qəzza zolağında 144 gündür davam edən hücumlarda 5 379 şagirdin öldüyü, 8 888 şagirdin isə yaralandığı qeyd edilib.
Bildirilib ki, İsrail qüvvələri oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahilində 48 tələbəni öldürüb, 305 tələbəni yaralayıb, 97 tələbəni həbs edib.
Bildirilib ki, Qəzzada 255 müəllim və təhsil işçisi ölüb, 891 nəfər yaralanıb, İordan çayının qərb sahilində isə 6 təhsil işçisi yaralanıb, 73 personal saxlanılıb.
İsrail ordusunun Qəzza zolağında 351 məktəbi bombaladığı və onlardan 65-nin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı olduğu vurğulanıb.