İsrailin xalqı ac-susuz qalmağa məcbur etdiyi Qəzza zolağına hücumlarında həyatını itirən fələstinlilərin sayı son 24 saatda 118 nəfər artaraq 29 313-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, qüvvələr daha 163 fələstinlini yaralayıb, yaralananların ümumi sayı isə 69 333 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
İsrail Qəzzada 29 313 adamı öldürüb
1 dəq