İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda daha 195 fələstinlinin öldüyü, 354 nəfərin isə yaralandığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada, hücumların törətdiyi dağıntılar səbəbindən hələ də çox sayda insanın dağıntılar altında qaldığı vurğulanıb, mülki müdafiə və təcili tibbi yardım qruplarının bu insanlara çatmaqda çətinlik çəkdiyi qeyd edilib.
İsrailin 7 oktyabr 2023-cü ildə blokadada olan Qəzza zolağına başlatdığı hücumlarda həlak olan fələstinlilərin sayının 25 min 490-a, yaralı sayının isə 63 min 354-ə yüksəldiyi bildirilib.