İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son 24 saatda 172 nəfər artaraq 24 min 620-yə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaralıların sayının 326 nəfər artaraq 61 min 830-a yüksəldiyi bildirilib.