İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri bildiriblər.
Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.
Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib.
Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.