Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşması ilə döyüşlərdə İsrail Ordusunun daha iki hərbçisi vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrail Ordusunda ölən hərbçilərin ümumi sayı 398-ə çatıb.
Hərbçilərin böyük əksəriyyəti yaraqlıların İsrail ərazisinə hücumunun ilk günündə, ölkənin cənubunda HƏMAS qüvvələri ilə döyüşlərdə həlak olub.