Əsas məzmuna keç

Çin lideri dünya dövlətlərinə çağırış edib

Çin lideri dünya dövlətlərinə çağırış edib

Qlobal siyasi arenada görünməmiş dəyişikliklərlə əlaqədar beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün...

Qlobal siyasi arenada dəyişikliklərlə əlaqədar beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün tədbirlər görməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Xalq Respublikasının () Sədri Si Cinpinin “İmperial Springs 2023” beynəlxalq forumunun iştirakçılarına müraciətində yer alıb.

Onun sözlərinə görə, görünməmiş və epoxal dəyişikliklər qarşısında bəşəriyyət birləşməli, daim təcrübə mübadiləsi aparmalı, tolerantlığı və açıqlığı qorumalı, qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməlidir.

O, həmçinin əlavə edib ki, indi bütün ölkələr daha yaxşı dünya qurmaq üçün birgə səylər göstərməlidir.

Eyni zamanda, Çin lideri dövlətlərin həqiqi çoxtərəfli əməkdaşlığı və ümumi taleyi olan beynəlxalq birliyin formalaşmasını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…