Operativ Məlumat Mərkəzi

İsrail ordusu Qəzzada yardım paylama məntəqəsi yaxınlığında atəş açıb

1 dəq
Paylaş:
İsrail ordusu Qəzzada yardım paylama məntəqəsi yaxınlığında atəş açıb
{"az":"bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, daha 46 nəfər yaralanıb. Hadisə Rəfah şəhərində baş verib. Yardım Qəzza xüsusi...","en":"","ru":""}

İsrail qüvvələri Qəzza zolağının cənubunda humanitar yardım paylama məntəqəsi yaxınlığında atəş açaraq ən azı 3 fələstinlini öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, daha 46 nəfər yaralanıb.

Hadisə Rəfah şəhərində baş verib. Yardım Qəzza xüsusi humanitar fondunun əməkdaşları tərəfindən yerli əhaliyə paylanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər