İsrail ordusu son günlər HƏMAS-ın 600-dən çox hərbi obyektinə zərbələr endirərək Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Ordu Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir. Son bir neçə gün ərzində 600-dən çox terrorçu hədəfə, o cümlədən silah anbarlarına, onlarla tank əleyhinə raket buraxılış qurğularına, HƏMAS-ın sığınacaqları və döyüş meydançalarına zərbələr endirilib".