İsrail ordusu blokadada olan Qəzza zolağında yaşayan insanların kütləvi şəkildə və daimi olaraq köçürülməyəcəklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat katibi Conatan Konrikus "X" hesabında paylaşım edib.
“Biz heç kimi yerdəyişməyə çalışmırıq, heç kimi daimi köçməyə məcbur etmirik”, - deyə paylaşımda qeyd olunub.