İsrail müdafiə ordusu Qəzza zolağında quru əməliyyatını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hərbçilər gecə saatlarında HƏMAS-ın hədəflərinə zərbələr endirib. Quru bölmələri Qəzza şəhərinin cənubundakı Əş-Şudşayiu və şimaldakı Beit-Xanun da daxil olmaqla müxtəlif bölgələrdə döyüş aparırlar.
"Ordu bölmələri geniş yeraltı tunel marşrutunun bir hissəsini aşkarlayaraq məhv ediblər".