İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha bir əsgərin öldüyünü açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Məlumata əsasən, dünən Givati Briqadasının kiçik zabiti mayor Uriel Koen Zolaqdan cənubda baş verən toqquşmalarda öldürülüb.
İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bu yana şəhid olan İsrail əsgərlərinin sayı 466-ya yüksəlib, onlardan 134-ü Qəzzadakı qarşıdurmalarda olub.