Operativ Məlumat Mərkəzi

İsrail ordusu Qəzza zolağında iki hərbçinin həlak olduğunu bildirib

1 dəq
Paylaş:
İsrail ordusu Qəzza zolağında iki hərbçinin həlak olduğunu bildirib
bu barədə IDF mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, onlar Fələstin anklavının şimalındakı döyüşlər zamanı ölüb. Beləliklə, Qəzza zolağında quru...

İsrail Müdafiə Ordusu (IDF) HƏMAS hərəkatına qarşı davam edən hərbi əməliyyatlar zamanı daha iki hərbçinin öldüyünü təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, onlar Fələstin anklavının şimalındakı döyüşlər zamanı ölüb.

Beləliklə, Qəzza zolağında quru əməliyyatının başlanmasından bəri ölən əsgərlərin sayı 323-ə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni dövrü ərzində həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 677-dir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər