ABŞ yaxın bir neçə ildə Yaponiyada 48 ədəd beşinci nəsil F-35A qırıcısı yerləşdirməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoshimasa Hayashi mətbuat konfransında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələrinin bazasında 48 ədəd F-35A və 36 ədəd F-16 qırıcısı yerləşdiriləcək.
"Biz bunu həm ABŞ Silahlı Qüvvələrinin potensialını, həm də Yaponiya-Amerika Alyansının qarşısını almaq və cavab vermək potensialını daha da artırmaq üçün bir addım kimi görürük", - deyə o bildirib.