İsrail ordusu Livanın cənubundakı bəzi nöqtələrə "Hizbullah"a aid olduqlarını iddia edərək hava və artilleriya hücumlarını davam etdirib.
"Operativ Məlumat Mərkəzi -OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mətbuat katibinin açıqlamasına görə təyyarələr Harun ər-Ras, Kfar Kila və Xiyam bölgələrindəki binaya “Hizbullah”a aid olduqlarını əsas gətirərək hücum edib.
İsrailin şimalındakı Kiryat Şimona və Kfar Yuval və Livanın cənubundakı Cibbeyn bölgəsinə raketlərin atıldığı məntəqələr də artilleriya atəşinə məruz qalıb.