Oktyabrın 19-u axşam saatlarında Livandan raket buraxılışlarına cavab olaraq hərbçilər gecə saatlarında "Hizbullah"ın hərbi obyektlərini vurublar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"İsrail ordusu dünən gecə İsrail ərazisinə atılan raketlərə cavab olaraq, gecə ərzində “Hizbullah” terror təşkilatının bir sıra hərbi obyektlərinə hücum edib.
Bu gecə uzaqdan idarə olunan pilotsuz uçuş aparatı Livanda bir terrorçunu məhv edib".