İsrail ordusunun döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS-ın qərargahına hücum edib və HƏMAS-ın yüksək rütbəli rəsmisini öldürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri bildirib ki, oktyabrın 10-na keçən gecə Qəzza zolağına pilotsuz təyyarələrin endirilməsi nəticəsində HƏMAS-ın iqtisadiyyat naziri Cavad Əbu Şamala və bu qrupun daxili əlaqələr şöbəsinin rəhbəri Zəkəriyyə Əbu Muammar öldürülüb.