İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 56 fələstinlini, o cümlədən Qəzza zolağında HƏMAS-ın 25 üzvünü saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, saxlanılanlar arasında Nablus şəhərindən olan iki böyük HƏMAS fəalı da var.
Mətbuat xidməti əlavə edib ki, reydlər zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb.