Operativ Məlumat Mərkəzi

İsrail Müdafiə Ordusunun Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Bakıda səfərdədir

1 dəq
Paylaş:
İsrail Müdafiə Ordusunun Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Bakıda səfərdədir
bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd edilib ki, səfər İsrail və Azərbaycan arasında getdikcə inkişaf edən tərəfdaşlıq üçün...

İsrail Müdafiə Ordusunun Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Azərbaycanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər İsrail və Azərbaycan arasında getdikcə inkişaf edən tərəfdaşlıq üçün daha bir əlamətdar hadisədir.

"Ölkələr arasında əlaqələr bütün sahələrdə güclənməkdə davam edir. Kollec nümayəndələrinin Bakıya səfəri bilik mübadiləsinə artan marağı nümayiş etdirir", - diplomatik nümayəndəlik İsrail səfiri Corc Dikin sözlərini sitat gətirib.

Həmçinin qeyd olunub ki, qonaqlar regiondakı geosiyasi vəziyyət və Azərbaycanın Cənubi Qafqazda mühüm rolu ilə tanış olublar. Məlumata görə, general Nimrod Aloninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdakı Şəhidlər xiyabanını da ziyarət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər