Əsas məzmuna keç

İsrail Livanın strateji körpüsünü dağıtdı: Əlaqə kəsildi

İsrail Livanın strateji körpüsünü dağıtdı: Əlaqə kəsildi

Litani çayı üzərindəki Qasimiyyə keçidi hava zərbələri ilə məhv edildi. Tir və Səidə yolu iflic oldu. Atəşkəs ərəfəsində gərginliyi artıran hücumun təfərrüatı.

en ru

İsrail təyyarələri Qasimiyyə bölgəsində üzərində yerləşən körpüyə hava zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki,bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Zərbələr Tir şəhəri ilə Livanın digər bölgələri arasında son əlaqəsi hesab edilən Qasimiyyə körpüsünü hədəf alıb.

Məlumata görə, “düşmən döyüş təyyarələri Tir və arasında yeganə əlaqə olan körpüyə ardıcıl iki zərbə endirib və nəticədə körpü tamamilə dağılıb”.

Bildirilib ki, hücumdan əvvəl İsrail dronları ərazidə hərəkətdə olan nəqliyyat vasitələrini də hədəf alıb, nəticədə bir nəfər həlak olub.

Qeyd edək ki, bir gün əvvəl Hizbullah rəhbərliyi İsrailin tam razılığı şərti ilə atəşkəsə hazır olduğunu açıqlamışdı. İsrail mediası isə siyasi-hərbi kabinetin iclasında Livanda atəşkəslə bağlı qərar qəbul edilmədiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…