Operativ Məlumat Mərkəzi

İsrail Hizbullahın onlarla hədəfinə hücum edib

1 dəq
Paylaş:
İsrail Hizbullahın onlarla hədəfinə hücum edib
bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir. Açıqlamada, "İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı bir çox bölgədə Hizbullahın...

İsrail Hərbi Hava Qüvvələri dünən gecə Livandakı Hizbullah hərəkatının hədəflərinə qarşı hücumlar həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

Açıqlamada, "İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı bir çox bölgədə Hizbullahın onlarla hədəfini vurub" ifadəsi işlədilib.

Hücumlardan biri sentyabrın 23-də İsrailin şimalındakı Cəzril vadisinə raket zərbəsi endirən Hizbullaha bağlı silahlı birləşməni hədəf alıb.

Digər tərəfdən İsrail ordusunun artilleriya bölmələri Livanın cənubundakı Ayta əş-Şaab və Ramiye bölgələrində əlavə hədəfləri vurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər