İsrail Hizbullahın Əl Adaysa, Əl Hiyam və Teyr əl-Hərfa şəhərlərinin də döyüş təyyarələri ilə hədəf alındığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.
Belə ki, Bint əl-Cibeyl xəstəxanası yaxınlığında baş verən hücumda ölən və yaralananların olduğu bildirilib.
Livanın gündəlik "Ən-Nahar" qəzetinin internet saytında yer alan xəbərdə hücumun hədəfinin Hizbullahın bölgədəki hərbi komandirlərindən biri olduğu qeyd olunub.
Hadisə ilə bağlı açıqlama verən İsrail ordusu sözügedən hücumu həyata keçirdiklərini təsdiqləyib.