Gün ərzində İsrail ordusu Qəzza zolağında 250-yə yaxın hərbi obyektə zərbələr endirib, əməliyyat zamanı HƏMAS-ın komandirlərindən biri öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Qırıcılar, helikopterlər və təyyarələr Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir. Gün ərzində Qəzza zolağının şimalında təxminən 250 hədəfə zərbələr endirilib. HƏMAS-ın cənubundakı milli təhlükəsizlik bölgəsinin komandiri Muataz Eid məhv edilib".