İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Fələstinin HƏMAS hərəkatı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması və girovların mübadiləsi ilə bağlı potensial razılaşmanın layihəsini təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Bildirilir ki, proses bir neçə mərhələdə baş verə bilər.
Birinci mərhələdə 35 israilli qadın hərbi əməliyyatların 35 gün müddətinə dayandırılması müqabilində azad edilə bilər. İkinci mərhələnin müzakirəsi məqsədi ilə sazişin daha bir həftə uzadıla biləcəyi vurğulanır.
Daha sonra İsrail Müdafiə Qüvvələrinin mülki müdafiə üzvləri, gənclər və əsgərlərin azad ediləcəyi gözlənilir.