Əsas məzmuna keç

İsrail fələstinliləri təcili olaraq Xan Yunisi tərk etməyə çağırıb

İsrail fələstinliləri təcili olaraq Xan Yunisi tərk etməyə çağırıb

bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Aviçai Edri məlumat verib. “Biz Qəzza zolağının cənubundakı Bəni-Suheyla, Əl-Mahatta, Şeyx...

İsrail hərbçiləri Xan Yunis şəhəri və onun ətraf ərazilərində müvəqqəti və daimi yaşayan fələstinlilərə müraciət edərək, mümkün qədər tez evlərini tərk edərək sahildəki humanitar zonalara getməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Aviçai məlumat verib.

“Biz Qəzza zolağının cənubundakı Bəni-Suheyla, Əl-Mahatta, Şeyx Nasir və Maan bölgələrində yaşayan hər kəsə müraciət edirik: HƏMAS-ın son hücumları və onlara cavab verilməsi zərurəti ilə əlaqədar olaraq, sizdən xahiş edirəm ki, dərhal bu əraziləri tərk edin və humanitar zonaya təxliyə olunasınız”, – Edri X-də yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #israil#edri
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…