Əsas məzmuna keç

İsrail əsgərləri İordan çayının qərb sahilində bəzi yolları buldozerlə dağıdıb

İsrail əsgərləri İordan çayının qərb sahilində bəzi yolları buldozerlə dağıdıb

İordan çayının qərb sahilinin şəhərinə basqın edən İsrail ordusu buldozerlərlə bəzi yolları dağıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, İsrail əsgərləri Nur qaçqın düşərgəsini mühasirəyə alaraq şəhərdəki evlərin damına snayperlər yerləşdiriblər.

Qeyd olunub ki, hərbi buldozer müqavimət hərəkatından olan fələstinlilər tərəfindən partladılıb və onlar maşına partlayıcı yerləşdirməyi bacarıb.

Basqından bir qədər əvvəl İsrail Nur Şəms düşərgəsindəki binaya hücum edərək, Fələstin İslami Cihad hərəkatının komandirini öldürüb, beş nəfəri yaralayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…