İsrail ordusunun Qəzzanın şimalındakı Cibaliya bölgəsində 10 evə endirdiyi hava zərbələri nəticəsində azı 150 nəfərin öldüyü və yaralandığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Müdirliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu Qəzza zolağının şimalında mülki müdafiə və səhiyyə xidmətlərinin işinə mane olması nəticəsində ölən və yaralananların daşınmasında böyük çətinliklər yaşayır.