İsrail ABŞ-dəki prezident seçkilərinə təsir göstərmək üçün Yaxın Şərqi böyük silahlı münaqişəyə sürükləməyə çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunuBu fikri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“İşğal rejimi qəsdən ABŞ-də keçiriləcək seçkilərə təsir etmək üçün bütün regionu daim davam edən müharibəyə sürükləməyə tələsir.
Eyni zamanda, Amerika hüquq-mühafizə orqanları İranı ABŞ-nin daxili işlərinə qarışmaq cəhdində yalandan ittiham edir", - deyə o X-də yazıb.