İsrail HƏMAS-ın 3 günlük atəşkəs və əsir mübadiləsini nəzərdə tutan təklifini rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.
Bildirilib ki, HƏMAS təklif çərçivəsində 50 israilli girovun azad edilməsi müqabilində Qəzzada döyüşlərə 3 günlük fasilə verilməsini və İsrail həbsxanalarında olan fələstinli qadın və uşaqların azad edilməsini şərtləndirib.
Adı açıqlanmayan İsrail rəsmisi isə danışıqlarda vasitəçilərin İsrailin daha geniş miqyaslı məhbus mübadiləsini istədiyini bildiklərini qeyd edib.