İsrail İranın Taleqan nüvə obyektinə zərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"Son günlərdə Tehrana edilən bir sıra zərbələrin bir hissəsi olaraq, etibarlı kəşfiyyat məlumatlarına əsasən hərəkət edən İsrail Hərbi Hava Qüvvələri İranın daha bir nüvə proqramı obyektinə zərbə endirib. Talegan obyekti rejim tərəfindən nüvə silahlarının yaradılması üçün vacib olan imkanları inkişaf etdirmək üçün istifadə edilib", - məlumatda deyilir.
İsrail Müdafiə Qüvvələri əlavə edib ki, 2025-ci ilin iyun ayında İrana edilən hücumlar zamanı İsrail Tehranın nüvə proqramı ilə əlaqəli tədqiqat mərkəzlərini və infrastrukturu sistematik şəkildə hədəfə alıb, lakin İran nüvə silahları imkanlarını inkişaf etdirməyə davam edib.
Xatırladaq ki, İrana qarşı genişmiqyaslı İsrail-Amerika əməliyyatı 28 fevralda başlayıb.