Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail 1700 fələstinlinin cənazəsini saxlayır

2 dəq
Paylaş:
İsrail 1700 fələstinlinin cənazəsini saxlayır

İsrailin 1700 fələstinlinin cənazəsini saxladığı və gələcəkdə əsir və ya itkin düşmüş israillilərin geri qaytarılması prosesində bu cənazələrdən “bazarlıq” kimi istifadə etməyi planlaşdırdığı bildirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə İsrailin “” nəşri orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin daxili kəşfiyyat xidməti “” (Şabak) və İsrail ordusu fələstinlilərin cənazələrinin saxlanılması siyasətini dəstəkləyir. Bildirilir ki, cənazələrin böyük əksəriyyəti 7 oktyabr 2023-cü ildə baş verən hücumlarda və sonrakı hərbi toqquşmalarda iştirak etdiyi iddia olunan Qəzza sakinlərinə məxsusdur.

Bununla yanaşı, siyahıda hərbi əməliyyatlarla əlaqəsi olmayan şəxslərin cənazələrinin də olduğu qeyd edilir.

Hüquq ekspertləri isə bildirirlər ki, İsrailin Kabineti tərəfindən bu barədə rəsmi və prinsipial qərar qəbul edilmədiyi halda, hərbi əməliyyatlarla əlaqəsi sübuta yetirilməyən şəxslərin cənazələrinin saxlanılması qanunsuz hesab oluna bilər.

Məlumatda həmçinin qeyd olunur ki, məsələ ilə bağlı narahatlıqlar yeni deyil. “Fələstinli İtkinlərin Aqibətinin Müəyyən Edilməsi və Cənazələrin Geri Alınması Milli Kampaniyası”nın 2025-ci ilin oktyabrında yaydığı məlumatlara əsasən, İsrail ordusu ölkənin cənubundakı “Sde Teiman” həbsxanasında Qəzzadan gətirilmiş təxminən 1500 fələstinlinin cənazəsini saxlayıb.

Yeni məlumatlar isə İsrailin saxladığı fələstinli cənazələrin sayının hazırda təxminən 1700-ə çatdığını göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax