İslandiyada 5,1 bal gücündə zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Məlumata görə, yeraltı təkanların episentri 118 min nəfərə yaxın əhalisi olan ölkənin paytaxtı Reykyavik şəhərindən 214 km şimal-şərqdə yerləşib. Zəlzələnin mənbəyi 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.