Əsas məzmuna keç

İspaniyanın baş naziri beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb

İspaniyanın baş naziri beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb

İspaniya parlamentində müxalifətin hökumətə suallarının cavablandırıldığı iclasda çıxış edən Sançes Fələstini yaydan əvvəl tanıyacaqlarını təkrarlayıb və...

İspaniyanın baş naziri ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib və beynəlxalq ictimaiyyətin Fələstinin varlığını tanımadan ona kömək edə bilməyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İspaniya parlamentində müxalifətin hökumətə suallarının cavablandırıldığı iclasda çıxış edən Fələstini yaydan əvvəl tanıyacaqlarını təkrarlayıb və bunun zəruriliyini müdafiə edib.

Əsrin ən acınacaqlı humanitar fəlakətlərindən birinin Qəzzada baş verdiyini qeyd edən Sançez, "tərəflərdən daimi atəşkəs, HƏMAS-ın terror hücumlarının pislənilməsi, girovların dərhal azad edilməsi və əsirlərin təhvil verilməsini tələb edirik”,- deyə vurğulayıb.

"İsrailin qeyri-müəyyən cavabı dünyanı və Yaxın Şərqi sabitliyi pozmaqla təhdid edir və onilliklər boyu insan haqlarını pozur", - Sançes deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…