Operativ Məlumat Mərkəzi

İspaniyada “uşağınızı futbolçu edəcəyik” vədi ilə dələduzluq

1 dəq
Paylaş:
İspaniyada “uşağınızı futbolçu edəcəyik” vədi ilə dələduzluq
İspaniya Milli Polisindən verilən açıqlamada dəstənin əksəriyyəti braziliyalı olan 16-23 yaş arası uşaqların ailələrini hədəfə aldığı bildirilib. ...

İspaniyada əcnəbi ailələrin uşaqlarını “Futbolçu edəcəyik” vədi ilə aldadan dəstə yaxalanıb. İspaniya Milli Polisi 11 şübhəlinin saxlanıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, İspaniya Milli Polisindən verilən açıqlamada dəstənin əksəriyyəti braziliyalı olan 16-23 yaş arası uşaqların ailələrini hədəfə aldığı bildirilib.

Dəstənin 3 qrup şəklində fəaliyyət göstərdiyi, birinci qrupun imkanlı ailələrin övladlarını hədəfə alaraq onları aldadaraq “ulduz futbolçu” etdiyi bildirilib.

Bildirilib ki, ikinci qrup uşaqları saxta sənədlərlə futbol məktəbinə cəlb edib, üçüncü qrup isə bu prosesləri təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər