Operativ Məlumat Mərkəzi

İspaniyada "Real Madrid"in Mbappeni transfer etdiyi açıqlanıb

1 dəq
Paylaş:
İspaniyada "Real Madrid"in Mbappeni transfer etdiyi açıqlanıb
bu barədə “Marca”nın jurnalisti Ramon Alvares de Mun sosial şəbəkələrdə yazıb. Jurnalist yazıb: "O, "Real Madrid"lə müqavilə imzalayıb. Bitdi". Mətbuatda...

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe "Real"la müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Marca”nın jurnalisti Ramon Alvares de Mun sosial şəbəkələrdə yazıb.

Jurnalist yazıb: "O, "Real Madrid"lə müqavilə imzalayıb. Bitdi".

Mətbuatda yayılan xəbərlərə görə, hücumçu PSJ-dən loyallıq bonusu almaq istədiyi üçün 2023-cü ilin yayında Madrid klubuna keçəcəyini istisna edib.

Mətbuatda yayılan xəbərlərə görə, Mbappe Real Madridə keçərsə, komandanın ən çox qazanan futbolçusu olacaq.

Mbappe bu mövsüm Liqa 1-də 18 matçda iştirak edib və bu matçlarda 20 qol (beşi penaltidən) və 5 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər