İspaniya hərbi təyyarəsi Amerika və İsrail qüvvələrinin İrana hücumu nəticəsində yaranan hərbi vəziyyətə görə bölgəni tərk etmək istəyən 171 İspaniya vətəndaşını təxliyə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Omandan yola düşən təyyarə bu gün Madrid yaxınlığındakı aviabazaya eniş edib.
İspaniya hakimiyyəti vətəndaşlarını müntəzəm reyslərdən istifadə edərək təxliyə edir.
İspaniya hökuməti əvvəllər ABŞ hərbi qüvvələrinin İrana qarşı əməliyyatlar üçün iki hərbi bazasından istifadə etməsinə icazə verməmişdi. Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarətin dayandırıldığını elan etdi.