Rusiyanın “Pari Nijnı Novqorod” klubunda çıxış edən qapıçı İslam İmamov Azərbaycan millisinə dəvət oluna bilər. AFFA 26 yaşlı futbolçunun yığmada oynamasına razılıq alıb, milli komandanın məşqçilər heyəti də onun xidmətində maraqlıdır.
İmamovun komanda ilə tanış olması və uyğunlaşması üçün hazırkı təlim-məşq toplanışına çağırılması variantı nəzərdən keçirilib. Lakin qapıçı bu dəfə toplanışa dəvət edilməyib.
İslam İmamov hələ Azərbaycan vətəndaşlığı almayıb. Onun milli komandanın növbəti toplanışında iştirakı mümkün variant kimi nəzərdən keçirilir.
Qapıçı iyul ayında “Pari Nijnı Novqorod”a keçib. Klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. İmamov karyerası ərzində “Legion-Dinamo”, “Kuban Holdinq” və “SKA-Xabarovsk” komandalarında da oynayıb.