Operativ Məlumat Mərkəzi

İşçiyə fərdi əmək mübahisəsi halında belə əməkhaqqının gecikməsinə görə ödəniş ediləcək - QƏRAR

2 dəq
Paylaş:
İşçiyə fərdi əmək mübahisəsi halında belə əməkhaqqının gecikməsinə görə ödəniş ediləcək - QƏRAR
Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini...

Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər