Operativ Məlumat Mərkəzi

İrəvan meri gizli səsvermə yolu ilə seçiləcək

2 dəq
Paylaş:
İrəvan meri gizli səsvermə yolu ilə seçiləcək

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə” partiyası İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə səslərin yarısını belə toplaya bilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər verir ki, seçkilərdə 13 partiya və bir alyans iştirak edib. 65 nəfərin daxil olacağı seçilmiş ağsaqqallar şurası Ermənistan paytaxtının merini seçəcək. Əgər şəhər şurasına seçkilərin nəticələrinə əsasən, partiyalardan biri yerlərin 50%-dən çoxunu qazanarsa, onun siyahısına rəhbərlik edən namizəd seçilmiş mer sayılır.

MSK-nın saytında dərc olunan ilkin nəticələrə görə, 475 seçki məntəqəsinin hamısında səslərin hesablanmasının nəticələrinə əsasən, “Mülki müqavilə”nin lehinə 75,5 min nəfər və ya 32,57 faiz səs verib. İkinci yerdə 43,8 min və ya 18,89% səs toplayan keçmiş İrəvanın meri Hayk Marutyanın Milli Tərəqqi Partiyasıdır.

Ağsaqqallar şurasında yerlərin 50%-dən çoxunu heç bir partiya qazanmazsa, mer şura üzvlərinin gizli səsverməsi ilə seçiləck.

Bu xəbəri paylaş

Oxşar xəbərlər