Operativ Məlumat Mərkəzi

İraqın Baş naziri İlham Əliyevə təbrik məktub göndərib

1 dəq
Paylaş:
İraqın Baş naziri İlham Əliyevə təbrik məktub göndərib
məktubda deyilir: "Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü...

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər