Operativ Məlumat Mərkəzi

İraq XİN: "Sepah"ın ölkənin şimalını bombalaması təcavüzdür"

2 dəq
Paylaş:
İraq XİN: "Sepah"ın ölkənin şimalını bombalaması təcavüzdür"

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) İraqın şimalını bombalaması təcavüzdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd edilib.

Bildirilib ki, İraq hökuməti İranın ballistik raketlərlə Ərbil şəhərini atəşə tutmasını təcavüz sayaraq qəti şəkildə pisləyib. Məlumata görə, rəsmi Bağdad bunu İraqın şimalındakı özünüidarəetməyə, Ərbil şəhərinə, İraq xalqının suverenliyi və təhlükəsizliyinə təcavüz sayıb.

Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hərəkətlərə cavab olaraq İraq hakimiyyəti bütün qanuni tədbirləri görəcək, o cümlədən BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.

Qeyd edək ki, ötən gecə "Sepah" İraqın şimalını raket atəşinə tutub. Ərbildən bildirilib ki, bu hücum nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Rəsmi Tehran həmin ərazidə İran hakimiyyətinə qarşı fəaliyyət göstərən qüvvələrin olduğunu iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər