İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə iki terrorçu öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələr İraqın Qara, Metina və “Pençe-Kilit” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Menbuci bölgəsində isə PKK/YPG terror qruplaşmasının iki silahlısını öldürüb.
Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən “GÜRZ-11” antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.