Əsas məzmuna keç

İraq Prezidenti: "Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik"

İraq Prezidenti: "Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik"

"Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İraq Prezidenti Camal Rəşid noyabrın 20-də İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.

O, liderinə təşəkkür edib: "Təşəkkür edirəm, cənab , Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…