İranın cavab zərbələrinin üçüncü günündə buraxılan İran dronları Küveytdə ələ keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mülki müdafiə rəisi bildirib ki, Küveytin hava hücumundan müdafiə qüvvələri Rumaytiya və Salva rayonları yaxınlığında pilotsuz təyyarələri ələ keçirib. Tələfat barədə məlumat verilməyib.
Küveytdə güclü partlayışlar və siren səsləri eşidilib. Şahidlərin sözlərinə görə, martın 2-si səhər Dubay və Dohada bir sıra güclü partlayışlar baş verib.
Məlumata görə, ABŞ və İsrailin fevralın 28-də İrana hücumundan sonra Tehran bölgədəki Amerika bazalarına zərbə endirmək niyyətində olduğunu açıqlayıb.