Operativ Məlumat Mərkəzi

İran Zelenskini "kloun" adlandırdı

2 dəq
Paylaş:
İran Zelenskini "kloun" adlandırdı

İranın naziri Abbas Araqçi Prezidenti Volodimir Zelenskinin son bəyanatlarına kəskin reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomat özünün "X" hesabında paylaşım , Ukrayna liderini "kloun" adlandırıb.

Araqçi qeyd edib ki, İran xalqı özünü müdafiə etməyi bacarır və xarici yardıma ehtiyac duymur:

“Cənab Zelenski, dünya artıq çaşqın ”kloun"lardan bezib. Xaricdən dəstəklənən və muzdlularla dolu olan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü qorumağı bilirik və əcnəbilərdən kömək istəmirik".

Nazir həmçinin Zelenskini ABŞ və Avropa vergi ödəyicilərinin vəsaitlərini mənimsəməkdə edib.

Onun sözlərinə görə, Ukrayna lideri korrupsiyalaşmış generallarının ciblərini doldurmaq üçün Qərbdən gələn vəsaitləri istifadə edir və eyni zamanda ABŞ-ni İrana qarşı təcavüzə çağırır.

Xatırladaq ki, Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı İrandakı etirazlara toxunaraq, dünya birliyinin İran xalqına kifayət qədər dəstək vermədiyini bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax